İspaniya

“Barselona” Vinisiusun cəzasından narazıdır: Ədalətsizlikdir

“Barselona” Vinisiusa verilən cəzadan narazılığını bildirib və bunu Robert Levandovskinin diskvalifikasiyası ilə müqayisə edib.

Aut.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya klubu qeyd edib ki, rəqibin başına zərbə endirməyə nalayiq jestdən daha yüngül cəzası verilməsi ədalətsizlikdir.

“Barselona”nın vitse-prezidenti Helena Fort RAC1-ə müsahibəsində vəziyyəti şərh edib:

“Bu, “Barselona”nın hər gün qarşılaşdıqlarının bariz nümunəsidir”.

“Real Madrid”in hücumçusu Vinisius “Valensiya”nın qapıçısı Stole Dmitrievskinin başına vurduğuna görə 2 oyunluq cəza alıb.

Aut.az