Azərbaycan futbolu

“Şamaxı” rumıniyalı yarımmüdafiəçi transfer etdi – RƏSMİ

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Aut az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik” olub.