Digər

UFC prezidenti bu şirkətin direktorlar şurasına daxil oldu

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müttəfiqi olan UFC prezidenti Dana Uayt “Meta” korporasiyasının direktorlar şurasına daxil olub.

Aut.az xəbər verir ki, bu məlumatı “Meta” şirkətinin baş direktoru Mark Zukerberq açıqlayıb.

Şirkət rəhbəri Uayta bir sahibkar kimi heyran olduğunu qeyd edib.

Bundan əlavə, “Exor”un baş direktoru və “Stellantis”in sədri Con Elkann, həmçinin investor Çarli Sonherst də direktorlar şurasına qatılıb.

Aut.az