Məşhur ekspertə qarşı ağır ittiham: Seks üçün 1,5 milyon təklif edib
“Fox Sports”un keçmiş bərbəri Nuşin Faraci telekanalın əməkdaşlarına qarşı cinsi təcavüz iddiası ilə məhkəməyə müraciət edib.
Aut.az xəbər verir ki, “Front Office Sports” a görə, o iddia edir ki, FS1 rəhbəri Çarli Dikson bir məclisdə onun ombasından tutub və başqa bir rəhbər şəxs ona hadisəni unutmağı tövsiyə edib.
Fərəci məşhur NBA mütəxəssisi Skip Beylessi də ittiham edib. Qız iddia edir ki, ekspert əvvəlcə onu qucaqlayıb yanağından öpüb, baxmayaraq ki, o, dəfələrlə onu sevmədiyini, işdə romantikaya qarşı olduğunu deyib.
Sonra Beyless, hətta ona seks üçün 1,5 milyon dollar təklif edib və həyatını dəyişdirə biləcəyini iddia edib.
Ekspert “Fox Sports”u keçən avqust ayında tərk edib və indi öz podkastını aparır.
Aut.az
