İspaniya

“Barselona” La Liqadan qeydiyyatdan keçirə bilmədiyi futbolçuları bu turnirə sifariş etdi – FOTOFAKT

“Barselona”nın mətbuat xidməti komandanın İspaniya Superkuboku üçün ərizəsini dərc edib.

Aut.az xəbər verir ki, 28 futbolçudan ibarət siyahıda klubun mövsümün ikinci yarısında qeydiyyatdan keçə bilmədiyi Daniel Olmo və Pau Viktor da var. La Liqa və İspaniya Kral Futbol Federasiyası (RFEF) maliyyə feyr-pley qaydalarına əməl etmədiyi üçün “Barsa”nın futbolçularını qeydiyyatdan keçirməkdən imtina edib.

İspaniya Superkubokunun yarımfinal və final oyunları Səudiyyə Ərəbistanında keçiriləcək. “Barselona” yarımfinalda “Atletik”lə qarşılaşacaq. Görüş yanvarın 8-də baş tutacaq.

Aut.az

"Barselona" La Liqadan qeydiyyatdan keçirə bilmədiyi futbolçuları bu turnirə sifariş etdi - FOTOFAKT