İtaliya

“Napoli” “Yuventus”u belə ələ saldı – FOTO

“Napoli” TikTok hesabında “Yuventus”u ələ salıb.

Aut.az xəbər verir ki, neapollular bunun üçün Vladiqafqazın “Alaniya” klubunun  oyunçularının dairəvi rəqsindən istifadə ediblər.

“Alaniya” futbolçularının hər birinin üzərinə bir futbol klubunun, o cümlədən “Napoli”nin emblemi yapışdırılıb. “Yuventus”un emblemi dairənin içərisində yerləşən rəqib komanda oyunçusunun üzərinə vurulub.

Yanvarın 3-də İtaliya Superkubokunun yarımfinalında “Yuventus” “Milan”a 1:2 hesabı ilə uduzub.

“Napoli” “Yuventus”u belə ələ saldı – FOTO

Aut.az