Zidanın formasında: Poqba Dominikanda belə istirahət edir – FOTO
31 yaşlı fransız futbolçu Pol Poqba Dominikan Respublikasında istirahət edir.
Aut.az xəbər verir ki, o, sosial şəbəkələrdə Zinəddin Zidanın adı yazılmış formada dəniz kənarından çəkilmiş şəklini paylaşıb.
Futbolçu paylaşımına bir sözlə imza atıb: “Meditasiya”.
Pol Poqba hazırda cəzasını başa vurduqdan sonra özünə yeni klub axtarır. Futbolçu keçmiş klubu “Yuventus”la müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
Daha əvvəl Poqbanın karyerasını “Marsel”də davam etdirə biləcəyi barədə məlumatlar var idi, lakin bu söz-söhbətlər təsdiqini tapmadı. Son vaxtlar mətbuat futbolçunun İngiltərənin “Fulhem” klubuna mümkün transferini aktiv şəkildə müzakirə edir.

Aut.az
