Slot üçün fantastik il: 2 komanda ilə 51 oyun və…
“Liverpul”un baş məşqçisi Arne Slot statistik nöqteyi-nəzərdən fantastik bir il keçirib.
Aut.az xəbər verir ki, 2024/25 mövsündə Mersisayd klubunu çalışdıran niderlandlı mütəxəssis daha əvvəl “Feyenoord”a rəhbərlik edib.
Hər iki komanda Slotun rəhbərliyi altında 2024-cü ildə bütün turnirlərdə 51 oyun keçirib, 41 dəfə qalib gəlib, 9 dəfə heç-heçə edib və cəmi 1 məğlubiyyət alıb.
Ötən il “Feyenoord” keçirilən 24 matçda Slot bir dəfə belə uduzmayıb – 18 qələbə və 6 heç-heçə. “Liverpul”un keçirilən 27 matçda 23 qələbə, 3 heç-heçə, 1 məğlubiyyəti var. Bu yeganə məğlubiyyət Premyer Liqanın 4-cü turunun “Nottingem Forest”lə oyununda (0:1) baş verib.
Aut.az
