“Karvan” Premyer Liqada oynamış futbolçusu ilə vidalaşdı
Azərbaycan 1-ci Liqasında çıxış edən “Karvan” klubu Premyer Liqa təcrübəsi olan futbolçusu ilə yollarını ayırıb.
Aut az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif vaxtlarda “Şamaxı” və “Sumqayıt”da çıxış etmş Xəzər Mahmudov Yevlax təmsilçisinin düşərgəsini tərk edib.
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
“Karvan” turnir cədvəlində lider “Qəbələ”nin ardından 25 xalla ikinci sırada qərarlaşıb.
