“Şamaxı”dan Birinci Liqaya
Bir neçə gün öncə “Şamaxı”nı tərk edən Ramin Əhmədovun yeni klubu müəyyənləşib.
Aut.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi karyerasını Birinci Liqada mübarizə aparan MOİK-də davam etdirəcək. Futbolçu yeni klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Əhmədov karyerası ərzində “Zirə” və “Zaqatala” klublarında da çıxış edib.
Aut.az
