Fatih Terim də Səudiyyəyə gedir: Bu klubla anlaşdı
Türkiyəli mütəxəssis Fatih Terim tezliklə “Əl-Şəbab”ın yeni baş məşqçisi olacaq.
Aut.az xəbər verir ki, jurnalist Ben Yakobs “X” sosial şəbəkəsində məlumat yayıb.
Tərəflər arasında ilkin danışıqlar baş tutub və razılıq əldə olunub. Bu həftə içində münasibətlərin rəsmiləşəcəyi gözlənilir.
70 yaşlı türk “Panatinaikos”dan ayrıldıqdan sonra bu ilin may ayından işsizdir.
“Əl-Şəbab” 13 turdan sonra Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 23 xalla 6-cı pillədə qərarlaşıb. Dekabrın 18-də komandanın baş məşqçisi Vitor Pereyra postunu tərk edərək “Vulverhempton”a keçib.
