Ronaldonun komanda yoldaşı “Fənərbağça”da
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun yarımmüdafiəçisi Anderson Taliska 2025-ci ilin yayına qədər icarə əsasında Türkiyənin “Fənərbağça” klubunda oynayacaq.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib. Qeyd olunur ki, Səudiyyə klubu futbolçunun maaşının bir hissəsini ödəyəcək.
Braziliyalı 2021-ci ildən “Əl-Nəsr”da çıxış edir və bura “Benfika”dan 8 milyon avroya transfer olunub. Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Taliska 23 matçda iştirak edib, 14 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.
Aut.az
