Dünya futbolu

Amorimdən sonra bu günə düşüblər: Onu qovurlar

Joao Pereyra “Sportinq”in baş məşqçi postunu tərk edəcək.

Aut.az “A Bola”ya istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis dekabrın 29-da “Benfika” ilə keçiriləcək n növbəti matçda komandanın “sükanı arxası”nda olmayacaq.

Pereyra Ruben Amorimin “Mançester Yunayted”ə keçidindən sonra noyabrda “Sportinq”ə dəvət edilib. O vaxta qədər ölkə çempionatında ardıcıl 11 qələbə qazanan “Sportinq” daha sonra iki məğlubiyyət alıb, eyni zamanda heç-heçə oynayaraq liderliyi “Benfika”ya təhvil verib.

“Sportinq”ə “Vitoriya Gimarayş”ın baş məşqçisi Rui Borxes rəhbərlik edəcək. Onun komandası 15 turdan sonra 6-cı yerdədir.

Aut.az