İtaliya

Nesta qovuldu

Alessandro Nesta “Monza”nın baş məşqçisi vəzifəsindən azad edilib.

Aut.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssis 2024-cü ilin yayında “Monza”ya rəhbərlik edirdi. Komanda A Seriyasında keçirdiyi 17 matçda 7 heç-heçə və 9 məğlubiyyətlə cəmi 1 qələbə qazanıb.

Hazırda “qırmızı-ağlar” İtaliya çempionatının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Aut.az