Cüdo

Türkiyə millisinin üzvü faciəvi şəkildə öldü

Türkiyə millisinin cüdoçusu Emre Yazqan faciəvi şəkildə həyatını itirib.

Aut.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən 18 yaşlı idmançı qar uçqununun altında qalıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə milli komandanın Ərzurumda davam edən təlim-məşq toplanışı zamanı baş verib. İdmançılar Palantökən dağındakı yüksəkliyə dırmaşarkən qar uçqunu olub. Uçqunun altında qalan Yazqanı xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində milli komandanın üç üzvü müxtəlif dərəcəli xəsarətlər alıblar.

Aut.az