Azərbaycan futbolu

“Qusar” klubuna texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi II Liqa təmsilçisi “Qusar”a texniki məğlubiyyət verib.

Aut.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Klub həmçinin 300 manat cərimə edilib