İngiltərə

“Yunayted” Reşforda əvəzləyici tapdı: Görün kimdir

“Mançester Yunayted” Markus Reşfordun yerinə namizədlə bağlı qərar verib.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional”a məlumat yayıb.

Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” rəhbərliyi “Atletik”in hücumçusu Niko Uilyamsın transferini nəzərdən keçirir. Qeyd olunur ki, “Yunayted”in bossları artıq Uilyamsa yaxşı şərtlərlə təklif göndərib. “Qırmızı şeytanlar” qış transfer pəncərəsində onu almaq niyyətindədir.

İspaniya millisinin üzvü daha üç klubun maraq dairəsindədir.

Bu mövsüm Uilyams “Atletik”in heyətində bütün yarışlarda 22 oyun keçirib və burada iki qol vurub və beş məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Mançester Yunayted” yetirməsi olan Reşfordu yanvarda satmağı planlaşdırır.

Aut.az