Makqreqor Ceyk Polla boks döyüşü keçirəcək?
Keçmiş UFC çempionu Konor Makqreqor bloqqer Loqan Polla döyüşməyə razı olduğunu bildirib.
Aut.az xəbər verir ki, döyüş Hindistanda boks qaydalarına uyğun keçiriləcək.
“Topuriya ilə döyüşə dair şayiələr doğru deyil. Mən Ambani ailəsinə Hindistanda boks şousunda Loqan Paulla görüşmək üçün əvvəlcədən razılıq vermişəm. Sonra oktaqona qayıtmağa çalışacağam”, – deyə Makqreqor X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, 36 yaşlı Makqreqor son MMA döyüşünü 2021-ci ildə UFC 264-də Dastin Puarye ilə keçirib. Döyüş irlandiyalının zədələnməsi səbəbindən dayandırılıb, Puarye qalib elan edilib.
Aut.az
