Şahmat

Dünya çempionu sözünü tutdu: Uğurunu belə qeyd etdi – VİDEO

Hindistanlı qrossmeyster Qukeş Dommaraju şahmat tacı uğrunda görüşdə çinli Dinq Liren üzərində qələbəsini qeyd etmək üçün körpüdən tullanıb.

Aut.az xəbər verir ki, “YouTube”da Dommarajunun tullanışının videosu yayılıb. Qrossmeyster dünya çempionu olacağı təqdirdə hündürlükdən tullanma idmanı ilə məşğul olacağı barədə məşqçisi Qrzeqorz Qayevskiyə söz verib.

18 yaşlı hindistanlı şahmatçı Dinq Liren üzərində qazaraq 18-ci və tarixin ən gənc dünya çempionu olub.

Aut.az