Digər

Yapon kikboksçudan heyrətamiz nokaut – VİDEO

Peşəkar K-1 turnirlərində 60 kq-a qədər çəki dərəcəsində mübarizə aparan yaponiyalı kikboksçu Kanata Ueno rəqibini heyrətamiz nokautla məğlub edib.

Aut.az xəbər verir ki, Tokioda keçirilən K-1 Qran Prisində Ueno yüngül çəkidə Sakuya Ueda ilə qarşılaşıb. Döyüşün ikinci raund başlayanda Ueda əlcəkləri toqquşdurmağa gedib, Ueno buna razılaşıb. Lakin hörmət nümayişi bitən an Ueno fırlanaraq ayağı rəqibinə şiddətli zərbə endirib və onu nokauta salıb.

Qeyd edək ki, Ueno dözümlülüyü və möhtəşəm hərəkətləri ilə tanınır.

Aut.az