Azərbaycan futbolu

Santuş istefaya göndərilir? – AFFA-dan rəsmi açıqlama

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlama verib.

Aut.az xəbər verir ki, federasiya rəsmisi Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun milli komandadakı taleyi ilə bağlı da danışıb:

“Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil. O, hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir”.