“Çelsi”nin baş məşqçi onun satılmasına qarşı çıxdı
“Çelsi” rəhbərliyi növbəti transfer pəncərəsində müdafiəçi Tosin Adarabioyonu satmaq niyyətindədir.
Aut.az xəbər verir ki, klubun baş məşqçisi Enzo Mareska bu qərardan xəbər tutub və futbolçunun transferini əngəlləyib. Baş məşqçi hesab edir ki, matçların sayı çox olduğuna görə çoxlu futbolçu lazım olacaq. Ona görə də Enzo qış transfer pəncərəsində futbolçuları buraxmaq fikrində deyil.
27 yaşlı Tosin 2024-cü ilin yayında azad agent kimi “Çelsi”yə keçsə də, komandanın əsas üzvlərindən birinə çevrilə bilməyib. İngilis müdafiəçi bütün yarışlarda 11 oyuna çıxıb və 1 qol vurub. “Vest Hem” Adarabioyonın transferində maraqlı idi.
Aut.az
