Salah ən yaxşı seçildi
“Liverpul”un hücumçusu Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyasına görə, noyabrda İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Aut.az xəbər verir ki, bu, səsvermədə iştirak edən azarkeşlərin qərarı olub.
Mükafata digər iddiaçılar Moises Saysedo (Çelsi), Mateus Kunya və Joao Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (Tottenhem) və Joao Pedro (Brayton) olub.
Qeyd edək ki, noyabrda Salah Premyer Liqanın üç oyununda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
