Azərbaycan futbolu

Dünya klublarının yeni reytinqi: Azərbaycandan kimlər var?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Aut.az xəbər verir ki, 502 klubun yer aldığı siyahıda Azərbaycanın cəmi 4 təmsilçisinin adına rast gəlmək olar.

Ən yüksək pillədə “Qarabağ” qərarlaşıb. Ağdam klubu son sıralama ilə müqayisədə 5 pillə irəliləyib. “Köhlən atlar” 177,5 xalla 67-ci yerdədir.

Digər təmsilçilərimizdən “Zirə” 94,25 xalla 219-cudur. “Qartallar”ın mövqeyi dəyişməyib. “Sabah” isə 409-cu sırada qərarlaşıb. “Bayquşlar” 14 “addım” irəliləyib.

“Turan Tovuz” isə ilk dəfə bu siyahıda yer alıb. Qərb klubu 53,75 xalla 496-cı sırada yer alıb.

Qeyd edək ki, dünya klublarnın reytinqinə 388 xalla “Real” başçılıq edir. “İlk üçlük”də müvafiq olaraq “Atalanta” (377 xal) və “Bayer Leverkuzen” (370) də var.