Çempionlar Liqası

ÇL-in favoriti kimdir? – Bukmekerlər əmsalları yenilədi

Çempionlar Liqasının ümumi mərhələsinin başa çatmasına üç tur qalıb. Xatırladaq ki, 24 komanda pley-offa yüksələcək – ilk səkkizlik 1/8 finaldan mübarizəni davam etdirəcək. 9-24-cü yerləri tutan klublar 1/16 finalda bir-biri ilə qarşılaşacaqlar.

Aut.az xəbər verir ki, bukmekerlər turnirin əsas favoritlərinin adını açıqlayıb.

“Liverpul”un şansları ən yüksək qiymətləndirilir. Cari mövsümdə Çempionlar Liqasına xal itirməyən gedən yeganə komanda olan mersisaydlıların qələbəsi 5.50 əmsalla dəyərləndirilir.

Mövcud böhrana baxmayaraq, “Mançester Siti” ikincidir. Qvardiolanın komandasına qələbəsinə 6.00 əmsal təklif olunur. 7.05 ımsalla “Barselona”ya mərc edə bilərsiniz. “Arsenal”ın qələbəsi 7.45, “Real”ın uğuru isə 7.50 əmsalla qiymətləndirilir.

“Bavaraiya”nın qələbəsinə inanalar üçün əmsal 8.00-dir.

“İnter”in turnirdəki uğuru 16.75 əmsal ilə qiymətləndirilib. “Bayer” 23.00, “Atalanta” 40.00, “Borussiya” 41.00 əmsalla sonrakı yerlərdədir.

Qalan klubların şansları 2%-dən az qiymətləndirilir, yəni onların qələbə əmsalları 50.00- dən yuxarıdır . “Young Boys” və “Slovan” üçün ən yüksək əmsal təklif olunur –  hər biri üçün 4100.00. Hər iki komanda 5 oyunda 5 məğlubiyyət alıb.

Aut.az