Voleybol

“Azərreyl” qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib..

Günün ilk matçında “Xilasedici” MOİK-i 3:0 hesabı ilə məğlub edib. Eyni hesabla “Azərreyl” “Gənclər” komandasını üstələyib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilib.

Qeyd edək ki, dekabrın 11-də, saat 15:00-da isə “Murov Az Terminal” ilə “Neftçi” münasibətlərə aydınlıq gətirəcəklər.