Digər

“Kür” evdə sevindi

Kişi həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha bir oyunu baş tutub. “Kür” doğma meydanda “Azəryol”la üz-üzə gəlib.

Aut.az xəbər verir ki, Qarşılaşma Mingəçevir təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 32:23.

İki oyun az keçirən “Kür” xallarının sayını 10-a çatdırıb və hazırda ikinci pillədə qərarlaşıb. 7 matçdan sonra eyni xala malik olan “Azəryol” üçüncüdür.