FİFA DÇ-nin mükafatını klublar arasında görün necə böləcək: 12-si çox qazanacaq, digərlər isə…
Gələn il yeni formatda keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək klublar arasında pulun necə bölünəcəyi bəlli olub.
Aut.az xəbər verir ki, iştirakçılar üçün ayrılacaq pulun təxminən 70%-i Avropanın 12 klubuna çatacaq. Qalan 20 komanda gəlirin üçdə birindən azını alacaq. Bu barədə “Marca” məlumat yayıb.
Məbləğlər bəlli deyil. Lakin 2025-ci il dünya çempionatının ümumi mükafat fondunun 2,5 milyard avro olacağı ilə bağlı iddialar var.
Qeyd edək ki, ilk dəfə olaraq turnir yeni formatda keçiriləcək. Yarışda altı konfederasiyadan 32 klub iştirak edəcək.
Aut.az
