Basketbol

NBA tarixində bunu bacaran ikinci oyunçu oldu

Milli Basketbol Assosiasiyasının (NBA) adi mövsümünün matçında “Los Anceles Leykers” “Yuta Cazz”ı məğlub edib – 105:104.

Aut.az xəbər verir ki, “Leykers”in lideri LeBron Ceyms 15000 atış həddini keçib. O, buna nail olan ikinci basketbolçudur.

Ondan başqa liqa tarixində 15000-dən çox (15,837) uğurlu atışı olan yeganə oyunçu Kərim Abdul-Cabbardır.

Qedy edək ki, cari mövsümdə Ceyms 20 oyunda meydana çıxıb. O, orta hesabla 22,6 xal, 9,4 asist və 8,1 ribaundla yadda qalıb.

Aut.az