Azərbaycan Kuboku: “Sabah” 1/4 finalda!
“Sabah” Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti klub.
Aut.az xəbər verir ki, 1/8 finalın oyununda Tovuz şəhər stadionunda “Sabah”ı qəbul edən qərb təmsilçisi rəqibinə penaltilər seriyasında məğlub olub.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 bərabərliklə yekunlaşıb.
Onbir meterlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (3:1) Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə adlayıb. “Sabah”ın 1/4 finaldakı rəqibi “Sumqayıt” – MOİK cütünün qalibi olacaq.
