Azərbaycan futbolu

“Araz-Naxçıvan” 1/4 finalda

“Araz-Naxçıvan” klubu futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda “Mingəçevir”lə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqa klubunda qolları 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar.

“Mingəçevir”in heyətində 80-ci dəqiqədə Elmin Bayramov fərqlənib.

“Araz-Naxçıvan” növbəti raundda “Zirə” – “Şamaxı” matçının qalibi ilə üz-üzə gələcək.