Sabiq klubu formasını Ronaldoya həsr etdi: Görün kim təqdim edib -FOTO
“Sportinq” 2024/25 mövsümü üçün üçüncü formanı təqdim edib.
Aut.az xəbər verir ki, dəst qara rəngdə hazırlanıb və qızıl elementlərlə tamamlanıb. Formanın üzərindəki əsas element nəhəng 7 rəqəmidir.
Forma Lissabon klubunun dünya şöhrətli yetirməsi Kriştiano Ronaldoya həsr olunub. Təqdimatda məhz onun oğlu kiçik Kriştiano iştirak edib.
Qeyd edək ki, “Sportinq” ötən mövsüm də üçüncü formasını portuqaliyalı superulduza həst etmişdi.
Aut.az

