Dünya cempionatı

DÇ-2030-un finalı hansı stadionda keçiriləcək?

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının finalı Madrid, Barselona və ya Kasablankada keçirilə bilər.

Aut.az xəbər verir ki, bununla bağlı FIFA-nın saytında yazı dərc olunub,

Qeyd olunur ki, 2030-cu il dünya çempionatının açılış matçı və final matçına ev sahibliyi etmək üçün Madriddəki “Santyaqo Bernabeu” arenası, Barselonadakı “Kamp Nou” və Kasablankadakı “Kral II Həsən” stadionu yarışır.

Tarixdə ilk dəfə olaraq 2030-cu il dünya çempionatına 6 ölkə ev sahibliyi edəcək. Turnirin oyunları İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Cənubi Amerika ölkələri hərəyə bir oyun keçirəcək.

Aut.az