Basketbol

Üçqat MBA çempionu: Cordandan yaxşı idim, amma cəmisi…

“Los Angeles Lakers”in məşhur oyunçusu və üçqat MBA çempionu Ceyms Uorti əfsanəvi Maykl Cordanın xarakterindən danışıb.

“Mən təxminən üç həftə Cordandan daha yaxşı idim və o vaxtdan həzz aldım, çünki oğlanda potensial gördüm. Hələ lazım olan hər şeyə sahib deyildi, amma öyrənirdi. Mən onun orta məktəbdəki məşqçisi haqqında çox şey bilmirəm, amma Maykl, əslində o zamanın ən yaxşı beysbolçusu idi. O, hər şeydə – şahmatda, nərddə, hər şeydə ən yaxşı olmağa çalışırdı.

Uduzsa, final seriyasının yeddinci oyununda uduzmuş kimi əsəbiləşirdi. İki saat yarım məşq etdik, yorğunluqdan yıxılana qədər qaçdıq.

Bundan sonra sadəcə getmək istədim, amma Maykl peyda oldu, məni itələdi və dedi: “Hara gedirsən? Qorxursan?” O, həmişə bir az təkbətək oynamaq istəyirdi”, – Uortin sözlərini “The Sports Rush” nəşri sitat gətirib.

Aut.az