Azərbaycan futbolu

“İmişli” qələbə qazandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 8-ci tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“İmişli” öz meydanında “Qaradağ Lökbatan”a, MOİK isə “Zaqatala”ya qalib gəlib.

“İmişli” – “Qaradağ Lökbatan” 2:1
Qollar: 
H.Əliyev (avtoqol), 16, P.Alveş, 32 – T.Mütəlimov, 63

MOİK – “Zaqatala” 3:1
Qollar: 
İ.Əliyev, 38, 54, V.Əsgərov, 71 – C.Cəbrayılov, 5