Çempionlar Liqası

“Feyenoord” azarkeşləri “Liverpul”un baş məşqçisinə təşəkkür ediblər: Pepə sataşıblar?

Noyabrın 26-da “Mançester Siti” və “Feyenoord” Çempionlar Liqasının 5-ci turunda üz-üzə gəliblər. Oyun 3:3 hesabı ilə başa çatıb.

Aut.az xəbər verir ki, matçın son dəqiqələrində qonaq azarkeşlər “Liverpul”un əfsanəvi “You’ll never walk only” mahnısını ifa ediblər. Bu bəstənin mersisaydlılarla bağlı olmasına baxmayaraq, “Feyenoord” azarkeşləri onu tez-tez stadionda oxuyurlar.

Bundan əlavə niderlandlı azarkeşlər “Liverpul”un baş məşqçisi Arne Slotun adını qışqıraraq ona təşəkkür ediblər. Slot 2021-2024-cü illərdə “Feyenoord”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda çempionluq və ölkə kubokunu qazanıb.

Premyer Liqanın növbəti turunda “Liverpul” “Mançester Siti” ilə qarşılaşacaq.

Tural