Basketbol

Azarkeşlər basketbolda da təhqir edirlər: Serbiya klubu cəzalandırıldı

Azarkeşlərin təhqiramiz şüarları təkcə futbolda problem deyil. İndi intizam cəzaları basketbolda da tətbiq edilir.

Aut.az xəbər verir ki, noyabrın 15-də Avroliqanın 10-cu turunda “Partizan” – “Milan” matçında (81:88) serb azarkeşlər italyanların ünvanına təhqiramiz sözlər deyiblər.

Avroliqanın İntizam Komitəsi iş materiallarını araşdırıb və “Partizan”ı 5 min avro cərimələyib.

“Partizan” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Milan”a gəlincə, komanda 12-ci yerdədir və serblərdən 4 xal çox toplayıb.

Aut.az