İspaniya

Futbolçular onu ötən mövsümün ən yaxşısı seçdilər

“Real”ın yarımmüdafiəçisi Cud Bellingem İspaniya Futbolçular Assosiasiyası (AFE) tərəfindən mükafatlandırılıb.

Aut.az xəbər verir ki, buna səbəb 21 yaşlı futbolçunun həmkarlarının rəyinə görə, 2023/24 mövsümünün La Liqasının ən yaxşı oyunçusu seçilməsidir.

Bellingemin ötən mövsüm İspaniyada debüt edib. O, 28 oyun keçirib, 19 qol vurub və 6 məhsuldar ötürmə verib.

Aut.az