“Zirə” 2-ci yerə yüksəldi
Minifutbol üzrə Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Aut.az xəbər verir ki, II turdan təxirə salınan matçda “Zirə” “Aznur”u sınağa çəkib.
Dörd qolun vurulduğu görüşdə qəsəbə klubu qələbə qazanıb. 3:1 hesabı ilə qalib gələn zirəlilər bu nəticədən sonra 2-ci pilləyə yüksəlib.

