Azərbaycan futboluManşet

“Sabah”ın Rusiya sevgisi: Berezutskini “bayquşlar”a kim sırıyıb?

Bu gün “Sabah”da baş məşqçi dəyişikliyi baş tutub. Xorvatiyalı Krunoslav Renduliçi bu postda rusiyalı Vasili Berezutski əvəzləyib.

Aut.az bu təyinatla bağlı maraqlı məlumat əldə edib. “Sabah”dakı uğursuz çıxışa və baş məşqçi dəyişikliyində klub prezidenti Maqsud Adıgözəlovun payı olmadığı ortaya çıxıb.

“Bayquşlar”ın uğursuz çıxışına müdaxilə edən şəxs paytaxt təmsilçisinin təsisçisi Mikayıl Cabbarova yaxın olan şəxs tərəfindən edilib. Söhbət AFFA-nın İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovdan gedir.

Qasımov növbəti dəfə Adıgözəlovun uğursuz idarəçiliyinə müdaxilə etmək və “Sabah”dakı vəziyyəti dəyişmək məcburiyyətində qalıb. O, şəxsi əlaqələrindən istifadə edərək Vasili Berezutskini kluba dəvət edib və ona gələcək fəaliyyəti ilə bağlı böyük vədlər verib. Nəticədə ilk dəfə baş məşqçi kimi çalışacaq 42 yaşlı Berezutski Bakıya gəlməyə razılıq verib.

Balakişi Qasımov daha əvvəl də baş məşqçi məsələsinə müdaxilə edib. O, Murad Musayevi şəxsi əlaqələri hesabına “Sabah”a gətirmişdi.

Onu da qeyd edək ki, rusiyalı məşqçilər o qədər də yüksək səviyyəli mütəxəssis hesab edilmirlər. Təsadüfü deyil ki, onlara ancaq Azərbaycan, Qazaxıstan, Ermənistan kimi ölkələrdən təklif gəlir. O da Rusiya sevgisi olan klub rəhbərləri tərəfindən. Ukrayna ilə müharibə fonunda rusiyalı mütəxəssislərə demək olar ki, Avropanın bütün ölkələrinin qapısı bağlıdır. Amma Azərbaycanda hələ məşqçilik nə olduğunu bilməyən rusiyalı mütəxəssislərə də külli miqdarda vəsait hesabına iş tapşıran rusiyapərəstlər var.

Aut.az