Həkim Ronaldonu məhkəməyə verdi
Doktor Roşan Ravindran portuqaliyalı hücumçu Kriştiano Ronaldoya qarşı məhkəmə iddiası qaldıraraq, futbolçudan ödənilməmiş kosmetoloji xidmətlərə görə təxminən 50 min dollar tələb edib.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Ravidan iddia edir ki, Ronaldo 2021 və 2022-ci illərdə “Mançester Yunayted”də çıxış etdiyi zaman özü, eləcə də ailəsi və dostlarını heç bir ödəniş edilməmiş kosmetik xidmətlərlə təmin edib. Həkim iddiasının təfərrüatlarını açıqlamamağa üstünlük verib. Portuqaliyalı futbolçunun nümayəndələri hələlik vəziyyəti şərh etməyiblər.
Həkim botoks, dolğu, qaş qaldırma və dəriyə qulluq üzrə xidmət göstərib.
Qeyd edək ki, 39 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.
