Futbol dünyasını silkələyəcək transfer: Keyn bu kluba gedir?
“Bavariya”nın ulduz hücumçusu Harri Keyn gözlənilmədən Almaniya nəhəngini tərk edə bilər.
Aut.az xəbər verir ki, “Fichajes” portalının məlumatına görə, Keyn “Real Madrid”in transfer hədəfləri siyahısındadır. Florentino Peres hesab edir ki, ulduz hücumçu almaq lazımdır, çünki komandada Kərim Benzema dövründən belə hücumçu yoxdur.
Keynin “Real”a meqa transferi 2025-ci ilin yayında baş tuta bilər.
Bu mövsüm Keyn “Bavariya”nın heyətində 17 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Aut.az
