Digər

Yüz minlərlə insan rusiyalını döyən afrikalıya görə küçələrə axışdı – VİDEO

Yüz minlərlə insan Seneqalda ONE-də ağır çəkidə yeni çempion olan seneqallı döyüşçü Oumar Keynin şərəfinə bayram keçirib.

Aut.az xəbər verir ki, noyabrın əvvəlində Umar Keyn rusiyalı Anatoli Malıxini hakimlərin yekdil olmayan qərarı ilə məğlub edərək çempionluq kəmərini qazanıb.

“Bütün Seneqal xalqı üçün çox xoşbəxtəm. Bu, bütün Seneqalın qələbəsidir. Asan deyildi, amma Allah bizə qələbə bəxş etdi. Allaha çox minnətdarıq”, – Keyn bildirib.