Dünya futbolu

Satışa hazırdır: “Lion”un istedadının start qiyməti açıqlandı

“Lion”un hücumameyilli yarımmüdafiəçisi Rayan Çerki iki top-klubun diqqətini çəkir.

Aut.az xəbər verir ki, fransızlar artıq futbolçu üçün start qiyməti müəyyən ediblər.

“Footmercato”nun məlumatına görə, 21 yaşlı fransalı üçün danışıqlar 30 milyon avrodan başlaya bilər. Oyunçunun transferində ən çox “Liverpul” və “Bayer” maraqlıdır. “Lion”un transfer qadağasını nəzərə alsaq, klub üçün gənc lideri ilə ayrılmaq çətin olacaq, lakin maliyyə vəziyyəti bunu tələb edir.

Bu mövsüm Rayan Şerki klub səviyyəsində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Lion” Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Aut.az