Mərkəzi oyunu FİFA referiləri idarə edəcək
Futzal üzrə Yüksək Liqada IV turun oyunlarına təyinatlar açıqlanıb.
Aut.az xəbər verir ki, şənbə günü baş tutacaq turun mərkəzi oyununu – “Araz-Naxçıvan” – “Neftçi” İK matçını FİFA referiləri idarə edəcək.
Yüksək Liqa
IV tur
Şuşa – U-19
Hakimlər: Hacıəli Ağayev, Kənan Məlikov, İmran Məhərrəmov
Hakim-inspektor: Ramiz Əsədov
23 noyabr. Olimpik Star. Saat 13:00
Araz-Naxçıvan – Neftçi İK
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Rza Məmmədov
Hakim-inspektor: Elçin Səmədli
23 noyabr. Olimpik Star. Saat 15:00
Baku Fire – Yasamal Bakı
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Knyaz Əmiraslanov
Hakim-inspektor: Murad Məmmədov
23 noyabr. Olimpik Star. Saat 17:00
