İngiltərə

Artetaya lazım deyillər: “Arsenal” onları satmaq istəyir

London “Arsenal”ı ukraynalı yarımmüdafiəçi Aleksandr Zinçenkonu satmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Mançester Yunayted”in və “Tottenhem”in keçmiş skautu Mik Braun bildirib.

“Klubda satmaq istədikləri üç futbolçu var. Bunlar Qabriel Jesus, Zinçenko və Kiran Tirnidir.  Onlar məşqçinin planlarının bir hissəsi deyil.

Satmağa gəldikdə, hansı aktivlərə sahib olduğunuza baxmaq lazımdır. Bu, onlara əmək haqqı xərclərini əhəmiyyətli dərəcədə azaltmağa və pulu komandanı gücləndirmək üçün istifadə etməyə imkan verəcək”, –  Braun deyib.

Bu mövsüm Zinçenko “Arsenal”ın heyətində 5 oyun keçirib. Ukraynalının “topçular”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Aut.az