6 illik seriya qırıldı
“Filadelfiya 76-lar”ın oyunçusu Coel Embiid Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə “Mayami Hit” ilə matçda sərbəst atışlar seriyasını qırıb.
Aut.az xəbər verir ki, bu barədə “Real Sports” statistik portalı məlumat yayıb.
2018-ci ildən bəri ilk dəfə Embiid NBA oyununda bir dəfə də olsun sərbəst atış etməyib. Coel sonuncu dəfə 2474 gün əvvəl faul xəttindən xalsız qalmışdı.
Qeyd edək ki, “Filadelfiya” səfərdə “Mayami”yə 89:106 hesabı ilə uduzub.
Aut.az
