Millətlər Liqası

Millətlər Liqası: İspaniya İsveçrəni məğlub etdi, Xorvatiya – Portuqaliya matçında qalib müəyyənləşmədi

UEFA Millətlər Liqasında 6-cı – sonuncu turun oyunları davam edir.

Aut.az xəbər verir ki, bu gün daha 9 qarşılaşma baş tutub.

A Liqasında Portuqaliya Xorvatiyanın qonağı olub. Görüşdə qalib müəyyənləşməyib. İspaniya isə İsveçrəni sınağa çəkib. 5 qolun qeydə alındığı matçda pireneylilər rəqibini məğlub edib.

Qeyd edək ki, tura 19 noyabrda yekun vurulacaq.

UEFA Millətlər Liqası
6-cı tur
18 noyabr

A Liqası, 1-ci qrup

Xorvatiya – Portuqaliya 1:1
Qollar: 
Qvardiol, 65 – Feliks, 33.

Polşa – Şotlandiya 1:2
Qollar: 
Pyatkovski, 59 – Makqinn, 3. Robertson, 90+3.

Xal durumu: Portuqaliya – 14, Xorvatiya – 8, Şotlandiya – 7, Polşa – 4

A Liqası, 4-cü qrup

Serbiya – Danimarka 0:0

İspaniya – İsveçrə 3:2
Qollar:
 Pino, 32. Cil, 68. Saraqosa, 90+2-pen. – Monteyru, 63. Zekiri, 85-pen.

Xal durumu: İspaniya – 16, Danimarka – 8, Serbiya – 6, İsveçrə – 2

C Liqası, 2-ci qrup

Kosovo – Litva 1:0
Qol: 
Caşari, 5.

Rumıniya – Kipr 4:1
Qollar: 
Birliqea, 2. Marin, 42; 82. Xaqi, 80 – Pittas, 52.

Xal durumu: Rumıniya – 15, Kosovo – 12, Kipr – 6, Litva – 0

C Liqası, 3-cü qrup

Bolqarıstan – Belarus 1:1
Qollar:
 Panayotov, 13 – Martınoviç, 70.

Lüksemburq – Şimali İrlandiya 2:2
Qollar:
 Koraç, 72. Rodriqes, 75 – Çena, 19. Predli, 50.

Xal durumu: Şimali İrlandiya – 11, Bolqarıstan – 9, Belarus – 7, Lüksemburq – 3

D Liqası, 1-ci qrup

Lixtenşteyn – San Marino 1:3
Qollar:
 Sele, 40 – Laççari, 46. Nanni, 66-pen. Qolinuççi, 76.

Xal durumu: San Marino – 7, Cəbəllütariq – 6, Lixtenşteyn – 2