Neymar bu klubla anlaşıb?
“Əl-Hilal”ın hücumçusu Neymar karyerasını Braziliyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, jurnalist Luis Merlonun sözlərinə görə, 32 yaşlı braziliyalı artıq “Santos”la anlaşıb.
Hazırda futbolçunun nümayəndələri Səudiyyə klubu ilə əməkdaşlığı başa çatdırmaq üçün çalışırlar.
Neymarın transferinin bu mövsüm “Santos”un çıxış etdiyi B seriyası bitdikdən sonra (25 noyabr) rəsmən açıqlanmasının planlaşdırıldığı iddia edilir. Komanda artıq vaxtından əvvəl yüksək diviziona yüksəlib.
Aut.az
