GüləşManşet

Azərbaycan Güləş Federasiyasına bəd xəbər: milliləşdirmə ilə bağlı qayda sərtləşdi

Dünya Güləş Birliyi (UWW) idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı yeni qaydaları əks etdirən sənəd dərc edib.

Aut.az xəbər verir ki, Tiranada keçirilən UWW Konqresində elan edildiyi kimi, qaydalara Olimpiya Xartiyasının prinsiplərinə uyğunlaşdırılması üçün yenidən baxılıb.

İndi vətəndaşlığı dəyişmək üçün yeni ölkənin pasportu olmalıdır. Bütün lisenziyalar yalnız etibarlı pasport əsasında veriləcək. Yaşayış icazələri artıq qəbul edilməyəcək. İkincisi, yeni ölkə uğrunda mübarizə aparmaq üçün əvvəlki komanda ilə turnirdə sonuncu iştirakından 3 il keçməlidir.

Vətəndaşlığın dəyişdirilməsi ilə bağlı müraciətlər yalnız hər ilin oktyabrın 1-dən dekabrın 20-dək qəbul ediləcək. Bütün şərtlər yerinə yetirilərsə, vətəndaşlıq dəyişikliyi növbəti ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu ilin sonunda, müstəsna olaraq, ərizələr 19 yanvar 2025-ci il tarixinədək qəbul ediləcək.

Hər bir milli federasiyaya yaş kateqoriyasından asılı olmayaraq hər bir cinsə (bir kişi + bir qadın) yalnız bir milliyyət dəyişikliyinə icazə verilə bilər.

Aut.az